ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya avtomobil sənayesinin dünyaca məşhur brendləri sırasında xüsusi yer tutan "Mercedes-Benz S-Class" (W223) sedanının restaylinqi 2026-cı ildə təqdim olunacaq.
Reyting.az-ın məlumatına görə, avtomobilin yeni modelinin xarici görünüşdə xırda dəyişikliklərin olacağı bildirilir.
Maşında üçşüalı ulduz motivli yeni optika, yenilənmiş radiator barmaqlığı, həmçinin bamperlər olacaq.
Salonla bağlı detallar hələlik açıqlanmayıb.
Mühərrikin xəttində də yenilik var: S580 versiyası üçün 537 a.g., eləcə də 750 Nm hasil edən 4,0 litrlik yeni V8 M177 Evo təqdim olunacaq.
Məlumata görə, “S500” modeli 449 a.g.-lik yenilənmiş 3,0 litrlik sıra-6 mühərriklə gələcək və "Plug"in hibrid S580e isə 585 a.g. güc, həm də 100 kilometrə qədər elektrik yürüşü təklif edir.
Bütün "S-Class" modelləri standarta uyğun tam idarə olunan şassi ilə təchiz ediləcək. Bu avtomobil üçün yeni "iDamping" sistemi isə müasir bulud texnologiyaları sayəsində yol qeyri-bərabərliklərinə uyğunlaşmaqla, komfortu artıracaq.
Yeni "Mercedes-Benz S-Class" avtomobili modelinin restaylinq edilmiş versiyasının ilk nümayişi 29 yanvar tarixinə planlaşdırılıb.





Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.