AZ

Ən sağlam qızartma yağı hansıdır?

Yeməklərdə qızartma sevənlər üçün doğru yağ seçimi həm yeməyin dadı, həm də sağlamlıq üçün çox önəmlidir.


Pravda.az bildirir ki, yağın dumanlanma nöqtəsi yüksək olduqda, istiliyə qarşı daha davamlı olur və qızartma zamanı ziyanlı maddələrin əmələ gəlməsinin qarşısını alır.


Hansı yağlar qızartma üçün uyğundur?


Tavada qızartma üçün: rafinə zeytun yağı, avokado yağı, qarğıdalı, günəbaxan və üzüm toxumu yağları tövsiyə olunur.


Hansı yağlar uyğun deyil?


Aşağı dumanlanma nöqtəsinə malik yağlar, məsələn: sızma zeytun yağı, kətan, qoz, fındıq və badam yağları, yüksək istilikdə tez yanır və qızartma üçün tövsiyə olunmur. Bu yağlar soyuq yeməklərdə və salatlarda daha yaxşı istifadə olunur.


Qeyd: Qızartma üçün rafinə və yüksək dumanlanma nöqtəsi olan yağları seçin, aşağı dumanlanma nöqtəli yağları isə soyuq yeməklərdə istifadə edin.


Əminə Bayramova 

Tarix: 14 Yanvar 2026, 17:25   
Seçilən
371
1
pravda.az

10Mənbələr