AZ

Agentliyin tabeliyindəki qurum fizikişi şəxsdən ofis icarəyə götürdü - MƏBLƏĞ

Dövlət Turizm Agentliyi Quba Regional Turizm İdarəsi tərəfindən ofis üçün icarənin satın alınması həyata keçirilib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın qalibi fiziki şəxs Əliyev Namiq Sabir oğlu olub. Müqavilənin dəyəri 15 600 manat təşkil edir. Satınalma "Bir mənbə" metodu ilə baş tutub.

Qeyd edək ki, Əliyev Namiq Sabir oğlu Quba Regional Turizm İdarəsinin daimi tərəfdaşıdır. O, daha əvvəl də eyni qurumla 11 700 manat dəyərində icarə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayıb.

Seçilən
8
fed.az

1Mənbələr