AZ

"Qarabağ"ın yoxlama oyunlarının vaxtı

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ"ın yoxlama oyunlarının vaxtı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi yanvarın 16-da "Osiyek" (Xorbvatiya) və “Zaqlebie" (Polşa) ilə qarşılaşacaq.

"Köhlən atlar"ın ilk oyunu Bakı vaxtı ilə saat 12.00-da, ikinci görüşü isə 19.00-da start götürəcək.

Xatırladaq ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub edib.

Seçilən
159
football-plus.az

1Mənbələr