AZ

İranda SEPAH-ın bazası tutulub?

AzVision.az “CNN” telekanalına istinadən bildirir ki, Kürdüstan Milli Ordusunun (KMO) bəyanatında belə deyilir.

“Ölkədə baş verən son toqquşmalarda KMO döyüşçülərinin həlak olmasının cavabında SEPAH-ın Kirmanşahdakı qərargahının tutlması üçün əməliyyat keçirilib”,- Kürdüstanın Azadlığı partiyasının (KAP) silahlı qanadı olan KMO-nun açıqlamasında vurğulanır.

Verilən açıqlamaya görə, iki istiqamətdən başlanan hücum KMO bölmələrinə bazaya daxil olmağa və İran qüvvələrini qəfil yaxalmağa imkan yaradıb.Hücum nəticəsində SEPAH-ın itki verdiyini iddia olunur.

“Bu iddiaların doğruluğunu təsdiqləyə bilmirik. Bu bəyanatla bağlı İran rəsmilərindən heç bir rəsmi şərh verilməyib. İran nümayəndələri ilə əlaqə saxlamağa çalışırıq və İranın Londondakı səfirliyinə sorğu göndərmişik”, - telekanal, öz növbəsində, bildirib.

Bundan əvvəl təşkilatı İranda millətçi və separatçı silahlı qrup sayılan KAP lideri Hüseyn Yazdanpənah İran rejimi üzərində qələbənin“kütləvi qiyamdan və zalımlara qarşı qanuni özünümüdafiədən asılı olduğunu”söyləmişdi.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
15
1
azvision.az

2Mənbələr