AZ

Taylandda tikinti kranının aşması nəticəsində ölənlərin sayı artıb

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Taylandda sərnişin qatarında tikinti kranın aşması nəticəsində ölənlərin sayı  28-ə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Khaosod” qəzeti məlumat yayıb.

Son rəqəmlərə görə, 60 nəfər yaralanıb.

İlkin məlumatlara görə isə 55 nəfər yaralanmışdı. Jurnalistlərin məlumatına görə, qatarda 190 nəfər olub və qatarın üzərinə çökən konstruksiyalar sürətli qatarlar üçün relslərin tikintisində istifadə olunurdu. Tikinti işçilərindən birinin nəşrə verdiyi məlumata görə, qatar keçərkən konstruksiyalar çöküb və ikinci və üçüncü vaqonlara dəyib. Nəticədə qatar relsdən çıxıb.

Hazırda xilasetmə xidmətləri faciənin baş verdiyi yerdə işləyir, sağ qalan sərnişinləri qatarın içindən çıxarır.

Maqsud

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
74
icma.az

1Mənbələr