ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə aparılan əməliyyatlar çərçivəsində dünən saxlanılan və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan aktyor Oktay Kaynarca məsələ ilə bağlı ikinci açıqlamasını yayımlayıb.
Axşam.az xəbər verir ki, Kaynarca test nəticələrinin cavablarını ictimaiyyətlə bölüşəcəyini bildirib:
"Əvvəlcə yaşadığım proses ərzində haqqımda səsləndirilən ittihamlar qarşısında yanımda duran, dəstəyini hiss etdirən bütün dostlarıma və sevənlərimə təşəkkür edirəm. Bu, illərdir nə qədər düzgün bir mövqedə dayandığımın sübutudur. Bu prosesdə xüsusilə vəzifəsini qanun və nizam çərçivəsində, nəzakəti əldən buraxmadan yerinə yetirən hüquq-mühafizə orqanlarına da təşəkkür etməyi borc bilirəm.
Haqqımdakı ittihamlara bu mərhələdə cavab verməyi lazımsız hesab edirəm. Çünki "Adli Tıp Qurumu"ndan yaxın zamanda gələcək hesabat artıq kifayət qədər cavab olacaq. Hesabat gəldiyi anda onu ictimaiyyətlə şəxsən paylaşacağam. Bundan əlavə, narkotiklə mübarizə mövzusunda bu günə qədər iştirak etdiyim konfranslar gün kimi ortadadır.
Biz dövlətini və millətini sevən insanlarıq. Bu mövzuda bu günə qədər heç kimin şübhəsi olmayıb, olmayacaq və də olmasın. Narkotiklə mübarizə mövzusunda məhkəmə orqanlarının sonuna qədər arxasında olduğumu və hər cür fəaliyyətini dəstəklədiyimi ayrıca qeyd etmək istəyirəm.
Həqiqətlər gec-tez ortaya çıxacaq. Bu prosesdə arxamda duran və mənə inanan hər kəsə təşəkkür edir, sevgi və hörmətlərimi çatdırıram".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.