AZ

İranda SON DURUM: Etirazlarda ölənlərin sayı 2550-yə çatdı

İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) iqtisadi problemlər səbəbindən başlayan etirazlarda ölənlərin sayının 2550-yə çatdığını bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ-da yerləşən HRANA-nın saytında dərc olunan hesabatda ölkədə 17 gündür davam edən etirazlar haqqında məlumat verilir.
Hesabata görə, ölkədəki etirazlar nəticəsində ölənlərin sayı 2550-yə çatıb ki, bunlardan 2403-ü etirazçı (onlardan 12-si on səkkiz yaşdan kiçik idi) və 147-si təhlükəsizlik qüvvələrinin üzvüdür.

Davam edən hadisələrdə 1134 nəfərin yaralandığı, 18434 nəfərin isə saxlanıldığı bildirilib.

İran hakimiyyəti etirazlarda ölən və ya yaralananlarla bağlı rəsmi açıqlama verməyib.

HRANA 16-cı gün üçün hesabatında ölənlərin sayının 664-ə, saxlanılanların sayının isə 10.721-ə çatdığını açıqlayıb.

İranda yerli valyutanın xarici valyutalara qarşı kəskin devalvasiyası və iqtisadi problemlər səbəbindən 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında başlayan etirazlar ölkənin bir çox şəhərinə yayıldı.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
13
turkustan.az

1Mənbələr