AZ

Tailandda qatar qəzası - 22 ölü, 55 yaralı

Tailandda sərnişin qatarında tikinti kranı aşması nəticəsində ən azı 22 nəfər ölüb, 55 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Manager Online" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, qatarda 190 sərnişin olub.

Daha əvvəl "Khaosod" qəzeti 10 nəfərin öldüyünü və 40 nəfərin yaralandığını bildirmişdi.

Hadisə krallığın şimal-şərqindəki Nakhon Ratçasima əyalətində baş verib. Qatar Banqkokdan Ubon Ratçatanyaya gedirdi. Toqquşma nəticəsində qatar relsdən çıxıb və alovlanıb.

 

Xilasedicilər hadisə yerində ilişib qalmış sərnişinləri xilas etmək üçün çalışırlar.

Seçilən
154
ucnoqta.az

1Mənbələr