AZ

Qış “passiv” keçir

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Premyer Liqa klubları mövsümün ikinci dövrəsinə hazırlıqlarını davam etdirir. Bəzi klublar Antalyada, bəziləri isə Bakıda toplanış keçir.

Çempionatda mübarizə aparan 12 komandadan 10-nu artıq yoxlama matçı keçirib. “Sumqayıt” və “Neftçi” bu ana qədər ən çox sınaq oyununa çıxan komandadır – 2 dəfə. Digər klublar hərəyə bir dəfə yoxlama oyunu oynayıb. “İmişli” və “Karvan-Yevlax” isə hələlik yalnız məşqlərlə kifayətlənir.

Premyer Liqa klubları qış transfer dönəmini də passiv keçirir. “Qəbələ” və “Kəpəz” artıq iki yeni oyunçu transfer edib. “Sabah” icarə əsasında komandada çıxış edən Umarali Rahmonaliyev və Aaron Maludanın transfer hüququna yiyələnib.

“Qarabağ” və “Neftçi” hələ “bazarda” sakit qalmağı üstün tutur. Hər iki klub bir neçə mövqe üçün transfer axtarışında olsa da, hələlik reallaşan nəsə yoxdur.

Fasilənin bitməsinə təxminən on gün vaxt qalıb. Autsayderlər zonasında yer alan “Karvan-Yevlax”, “Qəbələ” və “Kəpəz”in mütləq güclənməyə ehtiyacı var. “Qəbələ” və “Kəpəz” legionerlər gətirir, Yevlax klubu isə yerli və təcrübəli adlara üstünlük verir. Maliyyə vəziyyəti də yaxşı olmayan, istədiyi kimi güclənə bilməyən “Karvan-Yevlax”ın fasilədən sonrakı beş oyunu xüsusi əhəmiyyət daşıyır. Burda itiriləcək xallar komanda üçün mövsümün sonunda çətinlik yaradacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
187
futbolpress.az

1Mənbələr