BAKI, 14 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranda etiraz aksiyalarının iştirakçılarına yardım barədə danışarkən bunun tərkib hissəsi kimi iqtisadi tədbirləri də nəzərdə tutduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "CBS News" telekanalının materialında qeyd olunur.
Məlumata görə, Tramp müsahibəsində bir daha vurğulayıb ki, İran vətəndaşları üçün qarşıda çoxlu yardım var və bu yardım müxtəlif formalarda, o cümlədən iqtisadi dəstək şəklində təklif olunur.