Tayvanda tikilməsi nəzərdə tutulan bu körpü ənənəvi iki qülləli asma körpülərdən fərqli olaraq, bütün strukturu tək bir qüllə tərəfindən daşınan dünyanın ən uzun asimmetrik körpüsü tituluna sahib olacaq. Körpü 2026-cı ilin mayında istifadəyə veriləcək.
Milli.Az xəbər verir ki, layihənin ümumi dəyəri təxminən 755 milyon manat civarındadır.
Körpünün bütün yükü bir tərəfdə yerləşən nəhəng qülləyə və oradan gələn asma polad kabellərə söykənir. Bu dizayn körpüyə asimmetrik və estetik bir görünüş qazandırır.
Körpü nəqliyyat axınını sürətləndirməklə yanaşı, həm də yerləşdiyi bölgənin simvoluna çevrilməyi hədəfləyir.
Asimmetrik körpülər adətən coğrafi çətinliklər (məsələn, çayın bir tərəfinin bünövşə üçün uyğun olmaması) və ya memarlıq estetikasını vurğulamaq üçün tikilir. Bu layihədə tək bir qüllənin minlərlə ton ağırlığındakı yolu saxlaması mürəkkəb fizika hesablamaları və yüksək dayanıqlı materiallar tələb edir.
Körpünün istifadəyə verilməsi ilə regionda logistika xərclərinin azalacağı və turizm potensialının artacağı gözlənilir. Mühəndislər bu yapının həm də güclü küləklərə və seysmik aktivliyə qarşı xüsusi testlərdən keçdiyini bildirirlər.
Lalə Qüdrətova
Milli.Az