AZ

İsrail İranla bağlı ABŞ-a görün nə təklif edib

İsrail rəsmiləri İrana qarşı potensial hərbi əməliyyatları təxirə salınmasını Ağ Evə təklif ediblər.

Publika.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

İsrail rəsmiləri ABŞ Prezidenti Donald Tramp administrasiyasına bildiriblər ki, İranda hakimiyyətin dəyişdirilməsini və Vaşinqtonun bu istiqamətdəki səylərini tam dəstəkləsələr də, hazırkı mərhələdə xarici hərbi müdaxilənin etirazçılar tərəfindən başlanmış prosesi yarımçıq qoya biləcəyindən narahatdırlar.

Bildirilir ki, israilli tərəfdaşlar ABŞ-a alternativ fəaliyyət variantları da təklif ediblər. Həmin variantlar sırasında İranda internet əlaqəsinin yaxşılaşdırılması, iqtisadi sanksiyaların gücləndirilməsi və kiberhücumların həyata keçirilməsi yer alır.

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hansı tədbirlərin görüləcəyi ilə bağlı hələ yekun qərar verməyib. Onun sözlərinə görə, bu məsələdə qərar qəbul edilməsi Ağ Evin qarşısında duran vəzifələr sırasındadır.

Seçilən
34
publika.az

1Mənbələr