Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Türkiyəli aktyor Oktay Kaynarcanın məhkəmə nəzarəti çərçivəsində ev dustaqlığına buraxılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, diqqətçəkən məqam O.Kaynarcanın keçmişdə rol aldığı bir serialla hazırkı hadisələr arasındakı təsadüfi oxşarlıqdır.
Belə ki, ötən aktyor “Bələdiyyə sədri ev həbsində” adlı rəqəmsal serialda ev dustaqlığına məhkum edilmiş Əziz Sayğın adlı bir bələdiyyə başçısını canlandırmışdı.
Bu obrazın hazırkı hüquqi proseslə oxşarlığı sosial mediada “maraqlı təsadüf” kimi qiymətləndirilib.
Serial GAİN rəqəmsal platforması üçün çəkilmiş, lakin yayımı təxirə salınmışdı. Bu müddətdə Kaynarcanın serialın yayım hüquqlarını əldə etmək istədiyi də mediada gündəmə gəlmişdi.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.