"Sabah"ın zədəli lıegioneri Coy-Lens Mikels məşqlərə başlayıb.
Sportinfo.az xəbər verir ki, almaniyalı vinger komandadan ayrı fərdi məşq edir.
31 yaşlı futbolçu növbəti həftə kollektivlə birlikdə məşqlərə qoşulacaq. Onun25 yanvar tarixində "Karvan-Yevlax"la matçda iştirak edib-etməyəcəyi sual altındadır.
Artıq növbəti oyunlara qədər hazır olacaq.
Coy-Lens Mikels bu mövsüm "Sabah"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 16 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.