AZ

İsrail BMT-nin bir sıra qurumları ilə əlaqələri dayandırdı » AzadMedia.az


İsrail hökuməti Birləşmiş Millətlər Təşkilatının (BMT) bir sıra strukturları ilə əməkdaşlığı dayandırmaq qərarı verib. Qərar İsrail Müdafiə Ordusunun (SAXAL) BMT-yə bağlı qurumlardan biri tərəfindən “qara siyahı”ya salınmasından sonra qəbul edilib.
İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, sözügedən təşkilatlar İsrailə qarşı qərəzli və birtərəfli mövqe sərgiləyir. Onun sözlərinə görə, “İsrail bu siyahıya salınan yeganə demokratik dövlətdir”.
Qərara əsasən, İsrail BMT-nin gender bərabərliyi üzrə təşkilatından, eləcə də BMT-nin Ticarət və İnkişaf Konfransından çıxır. Rəsmi Təl-Əviv qeyd edir ki, bu addım beynəlxalq təşkilatların İsrailə münasibətdə ədalətsiz yanaşmasına cavab olaraq atılıb.
XİN rəhbəri vurğulayıb ki, İsrail BMT-yə bağlı digər agentliklərlə əlaqələrini də yenidən nəzərdən keçirməyə davam edəcək. Rəsmi dairələr vəziyyətin gedişindən asılı olaraq əlavə qərarların da istisna olunmadığını bildirirlər.
Seçilən
36
azadmedia.az

2Mənbələr