AZ

Rusiya üçün 20-ci sanksiyalar paketi yoldadır

Avropa İttifaqı 24 fevrala qədər Rusiyaya qarşı 20-ci sanksiya paketi hazırlaya bilər.

“Euractiv” nəşrinin məlumatına görə, mümkün məhdudiyyətlərə Rusiya neft tankerlərinə xidmət göstərilməsinin qadağan edilməsi, Rusiyaya lüks malların ixracının qadağan edilməsi və Rusiya gübrələrinin idxalına AB kvotalarının azaldılması daxildir. Finlandiya və İsveç də oxşar sanksiyaların tətbiqini təklif ediblər.

Nəşr qeyd edir ki, Gucci, Bottega Veneta, Yves Saint Laurent və digər elit Avropa brendləri Rusiyada hələ də əhəmiyyətli dərəcədə artımla satılır. AB əvvəllər 300 avrodan yuxarı lüks malların ixracına məhdudiyyətlər qoyub. Lakin, bir çox mal Çin, Türkiyə və digər ölkələrdən Rusiyaya təkrar ixrac olunur.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Rusiya əleyhinə 20-ci sanksiya paketi üzərində işin başlandığını elan etmişdi. Siyasətçinin sözlərinə görə, bu, Rusiyanın ən böyük enerji şirkətlərinə qarşı sanksiyaları da əhatə edəcək.

Məhdudiyyətlər, Rusiyanın əvvəllər tətbiq edilən məhdudiyyətləri aşmasına kömək edən “üçüncü ölkələrə” də təsir edəcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr