AZ

Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon danışığı aparılıb

BAKI, 13 yanvar. TELEQRAF

Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Teleqraf xəbər verir ki, telefon danışığı zamanı, Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda təhlükəsizlik vəziyyəti müzakirə olunub, iki qardaş ölkə arasında birgə əlaqələndirilmiş fəaliyyətdən məmnunluq ifadə olunub.

Seçilən
27
40
teleqraf.com

10Mənbələr