AZ

Almaniyanın Ehtiyatda Olan Hərbçilər Birliyi Bundesverin Qrenlandiyada hərbi kontingent yerləşdirməsini təklif edir

Berlin, 13 yanvar, AZƏRTAC

Almaniyanın Ehtiyatda Olan Hərbçilər Assosiasiyası ABŞ-ın Qrenlandiyanı ələ keçirmək planlarının qarşısını almaq və ya ləngitmək məqsədilə Almaniya Silahlı Qüvvələrinin (Bundesver) hərbi kontingentinin adada yerləşdirilməsini təklif edib.

AZƏRTAC xəbər verir ki, Assosiasiyanın sədri Patrik Sensburq “Bild” qəzetinə açıqlamasında ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddialarının ciddiyə alınmasının vacibliyini qeyd edərək deyib: “Buna görə də Avropa adada öz mövcudluğunu daha güclü nümayiş etdirməlidir”.

O, bunun həm Almaniya, həm də Avropa üçün strateji fayda gətirə biləcəyini vurğulayıb. Danimarkanın rəhbərliyi ilə qısa müddətdə iki Avropa briqadasının adaya yerləşdirilməsinin vacibliyini qeyd edən P.Sensburq burada Almaniyanın xüsusi məsuliyyət daşıyacağını bildirib. Qeyd edib ki, briqadaların yerləşdirilməsi Bundesver üçün əsgərlərin təlim və hazırlığı baxımından da imkanlar yaradacaq və Avropanı daha da yaxınlaşdıracaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

 

Seçilən
53
5
azertag.az

6Mənbələr