AZ

"Fənərbaxça" ərəblərdən futbolçu almağa hazırlaşır

style='margin-bottom:10px;'>

"Fənərbaxça" heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.

QOL.az xəbər verir ki, "TalkSPORT"un məlumatına görə, İstanbul nəhəngi Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda çıxış edən Nqolo Kante üçün rəsmi təklif göndərib.

Məlumata görə, 34 yaşlı fransalı dayaq yarımmüdafiəçisi "sarı-lacivərdlilər"in təklifinə müsbət yanaşır və onu dəyərləndirməyə hazırdır.

Qeyd edək ki, Kante 2023-cü ildə "Çelsi"dən azad agent statusu ilə Səudiyyə klubuna keçib. O, "Əl-İttihad"ın forması ilə 100 oyuna çıxıb, 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı klubu ilə müqaviləsi bu yay başa çatır.

Seçilən
70
1
teleqraf.com

2Mənbələr