AZ

KDÇ-2029-a hansı ölkə evsahibliyi edəcək?

2029-cu ildə keçiriləcək Klublararası Dünya Çempionatına (KDÇ) evsahibliyi edə biləcək ölkə böyük ölçüdə məlumdu.

"Football-plus.az" xəbər verir ki, məlumatı “Hesport” nəşri yayıb.

Bu mənbəyə görə, Afrika ölkəsi qitə və beynəlxalq dairələrdə digər namizədlər arasında əsas favorit kimi qiymətləndirilir. Beləliklə, Mərakeşin turnirin təşkilatçısı hüququnu qazanmaq ehtimalının yüksək olduğu vurğulanır. Məlumata görə, qərarın rəsmən FİFA tərəfindən açıqlanacağı gözlənilsə də, qərarverici strukturlarda ümumi mövqe artıq formalaşıb.

Yeri gəlmişkən, Mərakeş DÇ-2030-u şərikli təşkil edəcək üç ölkədən biridi. Dəgər təşkilatçılar Portuqaliya və İspaniyadı.

Xatırladaq ki, 2029-cu ilə təyin olunan KDÇ mundialın yeni - genişləndirilmiş formatı üzrə keçiriləcək ikinci turniri olacaq. Bu sistem ilk dəfə 2025-ci ilin yayında ABŞ-də tətbiq edilib və turnirdə 32 klub mübarizə aparıb. Klubların mundialının qalibi finalda PSJ-nin qapısından üç cavabsız top keçirən “Çelsi” olub.

Yarış dörd ildən bir milli komandalar arasında keçirilən dünya çempionatı formatına uyğun təşkil olunur.

Seçilən
25
football-plus.az

1Mənbələr