“Football-plus.az”ın məlumatına görə, qış təlim-məşq toplanışının ikinci hissəsini Antalyada davam etdirən komandanın çalışdırıcısı Qara Qarayevin U-21 millisində analitik məşqçi kimi işə başlaması haqda danışıb:
“Qara Qarayayev milli üçün ancaq fayda verə bilər. Başqa cür düşünməyə ehtiyac yoxdu. Amma bir neçə il də futbol oynaya bilərdi. Bəlkə də belədə daha irəli gedəcək. Məşqçi karyerasına daha tez başlaması gələcəkdə görəcəyi işlər üçün faydalı olacaq”.
Xatırladaq ki, Qara Qarayevin sonuncu klubu “Araz-Naxçıvan” olub. 33 yaşlı futbolçu yanvarın 11-dən U-21 millisində çalışmağa başlayıb.KƏNAN BAHADIR