Su mühafizə zonalarında yerləşən tikililərdə köçürmələr olacaq.
Xezerxeber.az xəbər verir ki, bu fikirlər Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə səsləndirilib. Qeyd olunub ki, bir çox yerlərdə mühafizə zonalarında tikilmiş binaların, evlərin həm su sistemlərinə, həm də o evlərin təhlükəsizliyinə çox böyük təsiri var.
Həmçinin bildirilib ki, su xətləri və kollektorların üzərlərində və ətrafında aparılan tikinti işləri su xətti təchizatının, eləcə də texniki xidmətə çıxışının təmin edilməsində ciddi çətinliklər yaradır.
Bəs hansı ərazilərdə su mühafizə zonalarında tikinti işləri həyata keçirilib?
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.