AZ

Uşaqlar arasında influenza-A virusu yayılıb?

Son günlər Azərbaycanda daha bir virus yayılıb.

Bu dəfə yoluxma uşaqlar arasında yaşanır. Belə ki, azyaşlılar arasında yüksək hərarətlə müşayiət olunan virus infeksiyası ilə bağlı şikayətlər durmadan artmaqdadır. İddia olunur ki, uşaqlar arasında yayılan influenza-A (qrip) virusudur.

Bəs influenza-A virusu nədir və bununla necə mübarizə aparmaq olar?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən pediatr Mətanət Əliyevə bildirib ki, influenza-A virusu xüsusilə kiçik yaşlı uşaqlarda ciddi tənəffüs problemlərinə səbəb ola bilər:

"İnfluenza daha çox yayılma tendensiyasına sahibdir. Əsasən uşaqlar, xüsusilə zəif immunitetə sahib olanlar üçün ciddi təhlükələr yarada bilər. Bu səbəbdən qrip infeksiyaları və qripin qarşısını almaq üçün peyvənd çox önəmlidir".

Həkim diqqətə çatdırıb ki, uşaqlar arasında bu virusa yoluxma halları daha çox olur:

"Təəssüf ki, evdə əllərin gigiyenasına fikir verilmir. Virus isə çox asanlıqla nəfəs yolları və əlaqə ilə bir nəfərdən digərinə keçir. Ona görə bunlara diqqət etmək, habelə bol maye qəbul etmək lazımdır. Hər kəs özünü virusa yoluxmaqdan qorumalıdır ki, başqalarını da yoluxdurmasın".

Sevinc

Seçilən
26
hit.az

1Mənbələr