AZ

Avropa Parlamenti öz binalarını İran diplomatlarının üzünə bağladı

Avropa Parlamentinin prezidenti Roberta Metsola sosial mediada bütün Avropa Parlamenti binalarının İran diplomatları və nümayəndələri üçün bağlanacağını açıqlayıb: “Bu gün bütün diplomatik heyətin və digər İran nümayəndələrinin Avropa Parlamentinin bütün binalarına girişini qadağan etmək qərarına gəldim”, – Roberta Metsola deyib.

Avropa Parlamentinin prezidenti bu qərarın İran hökumətinin etirazçılara qarşı siyasəti ilə əlaqəli olduğunu izah edir və Qərb bunu repressiv sayır.

Xatırladaq ki, Avropa Parlamentinin binaları üç Avropa şəhərində yerləşir: əsas iclaslar Fransanın Strasburq şəhərində – Luiz Vays binasında; iş görüşləri və komitələri Belçikanın Brüssel şəhərindəki Espace Leopold kompleksində; katibliyi isə Lüksemburqda yerləşir. Avropa Parlamentinin bir neçə “ev” yeri var, lakin Strasburq plenar iclaslar üçün rəsmi qərargahı hesab olunur.

//Samir Qurbanov, Editor.az

Seçilən
32
editor.az

1Mənbələr