AZ

“İran nə ideoloji brenddir, nə də cazibə fabriki” ŞƏRH

ain.az bildirir, Demokrat.az portalına istinadən.

“İran bu gün regionda ideoloji maqnit deyil, xroniki problemlərini zorakılıqla ört-basdır edən avtoritar bir aparatdır”.Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.O deyib ki, ərəb küçəsində də, şiə icmalarında da Tehran artıq ilham mənbəyi kimi yox, bahalı və təhlükəli sponsor kimi görünür:“İnsanlar işsizlik, inflyasiya və korrupsiya içində boğulan bir ölkənin “müqavimət modeli”nə baxıb heyran olmur; əksinə, “biz niyə onların yoluyla getməliyik?” deyə soruşur. İranda etirazların bölgəyə təsiri də buradan gəlir: bu aksiyalar İranın mifini dağıdır. Onilliklərdir qurulan “güclü, sarsılmaz, ideoloji lider” obrazı Tehranın, Məşhədin, İsfahanın küçələrində dağılır. Bu, Hizbullahdan tutmuş İraq milislərinə qədər bütün şəbəkələrə bir mesaj verir: mərkəz zəifdirsə, periferiyanın da ayaqları əsir. İran şişirdilmiş regional güc kimi görünürdü, amma etirazlar göstərir ki, o güc xarici avantüralara sərf olunan resurslar hesabına daxili sabitliyin qurban verilməsidir.Region üçün nəticə sadədir. İran zəiflədikcə, onun proksi şəbəkələri daha aqressiv, amma daha koordinasiyasız davranır. Bu da Yaxın Şərqdə xaosu azaldan yox, idarəolunmaz edən faktora çevrilir. Yəni Tehran nə “cazibə mərkəzidir”, nə də sabitlik ixrac edir – o, hazırda bölgəyə əsasən risk ixrac edir. İran nə ideoloji brenddir, nə də cazibə fabriki. Daxildə öz xalqını inandıra bilməyən bir rejimin regiona satacağı bir hekayə də qalmayıb”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
demokrat.az

1Mənbələr