“Fənərbaxça”nın üzvü Rodriqo Bekao Super Liqada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, “Kasımpaşa” braziliyalı müdafiəçi ilə yaxından maraqlanır.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, artıq klublar arasında razılıq əldə olunub. 29 yaşlı futbolçu təklifi qəbul edəcəyi təqdirdə mövsümün sonunadək icarə əsasında “Kasımpaşa”nın formasını geyinəcək.
Xatırladaq ki, “Fənərbaxça” Rodriqo Bekaonu 2023-cü ildə “Udineze” klubundan 8,3 milyon avro qarşılığında transfer edib.
Qeyd edək ki, “Kasımpaşa” bundan əvvəl də “sarı-lacivərdlilər”dən İrfan Can Kahvecini icarə əsasında heyətinə qatmışdı.
Fransa millisinin sabiq üzvü karyerasını bitirib
"Fənərbaxça" Türkiyə kuboku oyununa 5 itki ilə çıxacaq
“Qalatasaray”dan transfer bombası: “İnter”in ulduzu üçün 35 milyon avro
Tedesko: “Nkunkunun Türkiyəyə gəlməsi real görünmür”
17 yaşlı hücumçu Premyer Liqa klubunda