AZ

“MASKA” şou İTV-yə qayıdır

Birinci sezonu maraqla izlənilən “MASKA” şou ekrana qayıdır.

"Yeni Sabah" xəbər verir ki, İTV-də yayımlanan proqramın yeni bölümləri üçün hazırlıqlar başlayır.

Artıq 27-29 yanvar və 3-5 fevral tarixində layihənin çəkilişləri baş tutacaq. Yarışacaq məşhurların kimliyi ilə yanaşı münsiflər də maraq doğurur.

Qeyd edək ki, əvvəlki sezonda jüridə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, Avroviziya qalibimiz Nigar Camal, bəstəkar-müğənni Murad Arif və aparıcı Kamilə Babayeva yer almışdı.


Telegram kanalımız
Seçilən
48
yenisabah.az

1Mənbələr