ain.az bildirir, Olay.az portalına istinadən.
Birinci sezonu maraqla izlənilən “MASKA” şou ekrana qayıdır.
OLAY-ın əldə etdiyi məlumata görə, İctimai TV-də yayımlanan proqramın yeni bölümləri üçün hazırlıqlar başlayır.
Artıq 27-29 yanvar və 3-5 fevral tarixində layihənin çəkilişləri baş tutacaq.
Yarışacaq məşhurların kimliyi ilə yanaşı münsiflər də maraq doğurur.
Bir digər məlumata görə, isə jüri kürsüsündəki simalar dəyişməyib.
Bu il də populyar iştirakçıları Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, Avroviziya təmsilçimiz Nigar Camal, bəstəkar-müğənni Murad Arif və aparıcı Kamilə Babayeva dəyərləndirəcək.








Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.