AZ

"2,2 milyard insanın təmiz suya çıxışı yoxdur"- QHT sədri

Su qıtlığı əhalinin artması, iqlim dəyişikliyi, çirklənmə və həddindən artıq istehlak (xüsusilə kənd təsərrüfatı və sənayedə) kimi amillər səbəbindən ciddi qlobal təhlükədir; 2,2 milyard insanın təmiz içməli suya çıxışı yoxdur, dünya əhalisinin yarısı isə miqrasiya, xəstəliklər, iqtisadi problemlər və potensial münaqişələrə səbəb olan ciddi su stressi yaşayır. Məhdud şirin su ehtiyatlarının düzgün idarə edilməməsi və çirklənməsi problemi daha da gücləndirir və növbəti illərdə daha çox insanın su stresi və qıtlığı ilə üzləşəcəyi gözlənilir.

Bunu ma və Eko” Sosial İqtisadi İnkişafa stək İctimai Birliyinin dri İradə nova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə,BMT-nin məlumatlarına əsasən, artıq milyardlarla insan təmiz içməli su qıtlığı ilə üzləşir:

"Dünyada su ehtiyatlarının azalması və iqlim dəyişikliklərinin sürətlənməsi fonunda Azərbaycan reqionları üçün qabaqlayıcı ekiloji və su idarəçiliyi tədbirləri xüsusi ilə vacibdir. Reqionlar üçün əsas priotetlərdən biri su ehtiyatlarının inteqrasiyalı və elmi əsaslarla idarə edilməsidir. Yerüstü və yeraltı suların vahid sistem çərçivəsində planlaşdırılması su balansının qorunmasına imkan yaradır.Köhnəlmiş suvarma infrastrukturları və açıq kanallar səbəbindən yaranan itkilər su ehtiyatlarının itməsinə gətirib çıxarır.Bu baxımdan, su təchizatı sistemlərinin modelləşdirilməsi və ağıllı ölçmə mexanizimlərinin tətbiqi suya qənaətin əsas alətlərindən biridir.Damcı və yağmurlama suvarma texnalogiyalarının tətbiqi, suya davamlı və iqlimə uyğun bitki sortlarınım seçilməsi,həmçinin torpağın rütubətini saxlayan aqroekoloji metodlar  su ehtiyatlarının qorunmasında mühüm rol oynayır.Bu cür yanaşma eyni zamanda məhsuldarlığın yüksəlməsinə də xidmət edir.Bundan başqa yağış sularının toplanması və yenidən istifadəsi su qıtlığına qarşı effektiv qabaqlayıcı tədbirlərdən hesab olunur. Regionlarda ictimai binalarda yağış sularının texniki məqsədlər üçün istifadəsi həm içməli suya olan tələbatı azaldır, həm də şəhər ekosisteminin yükünü yüngülləşdirir".

QHT sədri həmçinin bildirib ki, meşələr və təbii landşaftlar da su dövriyyəsinin tənzimlənməsində mühüm rol oynayır. Meşələrin məhv edilməsi torpaq erroziyasını sürətləndirir, çayların səviyyəsini azaldır və daşqın risklərini artırır. Bunun üçün də reqionlarda yeni meşə zolaqlarının salınması,su hövzələri boyunca qoruyucu yaşıl zolaqların yaradılması və deqradasiyaya uğramış ərazilərin bərpası su ehtiyatlarının uzunmüddətli qorunmasına xidmət edir.

Seçilən
30
qht.az

1Mənbələr