AZ

Mütəxəssis: Bakıda və Azərbaycanın bölgələrində yağıntının miqdarının artacağı və küləyin güclənəcəyi gözlənilir

Bakı, 13 yanvar, AZƏRTAC

Yanvarın 13-də günün sonunadək Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağıntısız olacaq. Amma axşam saatlarında arabir yağış yağacağı, bəzi rayonlarda onun intensiv olacağı mümkündür.

Hidrometeoroloji Proqnozlar Bürosunun mütəxəssisi Fidan Hacıyevanın AZƏRTAC-a verdiyi məlumata görə, yanvarın 13-dən 14-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara çevrilə biləcəyi ehtimal olunur. Günortadan sonra şimal-qərb küləyi güclənəcək.

Yanvarın 14-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, bəzi yerlərdə yağıntının intensiv olacağı gözlənilir. Bəzi ərazilərdə sulu qar yağacağı da mümkündür. Şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə isti, gündüz isə müsbət 4 dərəcə olacaq.

Azərbaycanın rayonlarında da fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə sulu qar yağacağı proqnozlaşdırılır. Dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə yağıntının artacağı gözlənilir. Bəzi ərazilərdə duman ola bilər. Qərb küləyi bəzi yerlərdə daha da güclənəcək.

Bölgələrdə havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz isə 5-9 dərəcə isti olacaq. Dağlarda gecə temperaturunun 3-8 dərəcə şaxta, gündüz saatlarında isə 0 dərəcədən 3 dərəcə şaxtaya qədər olacağı gözlənilir.

Seçilən
72
1
azertag.az

2Mənbələr