AZ

İsveç vətəndaşlarına İranı tərk etmə ÇAĞIRIB

Ajans.az xəbər verir ki,bu barədə İsveç xarici işlər naziri Maria Malmö Stenergård Facebook səhifəsində bildirib. “Ölkədəki vəziyyət son dərəcə ciddi və gözlənilməzdir” O vurğulayıb ki, İsveç Xarici İşlər Nazirliyi 2022-ci ildən bəri rəsmi olaraq İrana bütün səyahətlərə qarşı xəbərdarlıq edir və bu, İsveç vətəndaşlarının ölkədə olmamasının vacibliyini göstərir. Nazirin sözlərinə görə, hazırda İranda olan bütün İsveç vətəndaşları dərhal ölkəni tərk etməlidirlər. Həmçinin, Xarici İşlər Nazirliyi İranda qeydiyyatdan keçmiş vətəndaşlarına SMS mesajları göndərir və səfirlik elanlarını, rəsmi səyahət məlumatlarını diqqətlə izləmələrini tövsiyə edir.

 

Seçilən
46
Ajans.az

1Mənbələr