AZ

ABŞ İrana müdaxilə edəcək? -

ABŞ Prezidenti Donald Trampın İrana qarşı bütün variantları, o cümlədən hava zərbələrini nəzərdən keçirdiyi bildirilir. Əgər İranda vəziyyət gərgin olaraq qalarsa, ABŞ-ın mümkün müdaxiləsi regionda yeni müharibəyə səbəb ola bilər?Konfliktoloq Elman Vəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, Amerikanın müdaxiləsi yersiz olar. Onun fikrincə, planda rejimi dəyişmək varsa, bunu daxildən etmək mümkündür:"1979-cu ili tarixdən xatırlasaq, bunu aydın görə bilərik. Regional müharibə üçün zəmin olmadığını düşünürəm. Amma İranda dəyişikliklərin olacağını da istisna etmirəm. Mənə görə əsas sual odur ki, ABŞ öz qurduğu rejimi niyə yıxmaq istəyir? Yoxsa “Böyük İsrail” dövləti üçün koridormu açılır?!".E.Vəliyev qeyd edib ki, İranda devrim olarsa, cənub üçün də bir şans yarana bilər, ancaq, zənnimcə, proseslərin arxa pərdəsində başqa ssenari dönür.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
14
metbuat.az

1Mənbələr