Bakı, 13 yanvar, AZƏRTAC
Türkiyənin “Eyüpspor” komandasının yeni baş məşqçisi məlum olub.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, bu vəzifəyə Atila Gerin gətirilib. Mütəxəssis daha əvvəl komandada köməkçi məşqçi işləyib.
“Eyüpspor” Superliqada 13 xalla 17-ci pillədə qərarlaşıb.