AZ

Novokuznetskdəki doğum evində körpələrin kütləvi ölümü baş verib

Yeni il tətilləri zamanı Rusiyanın Novokuznetsk şəhərində 1 nömrəli Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində 9 yeni doğulmuş körpə ölüb.

QHT.az xəbər verir ki, hadisə Kemerovo vilayətinin səhiyyə naziri tərəfindən təsdiqlənib, araşdırma aparıldığı bildirilib. Respirator infeksiya səbəbilə mamalıq şöbələrindən biri karantin üçün bağlanıb, xəstəxananın baş həkimi isə istintaq müddətində vəzifəsindən kənarlaşdırılıb. Rusiya İstintaq Komitəsi faktla bağlı iki cinayət işi açıb.

Kuzbass Səhiyyə Nazirliyinin məlumatına görə, dekabrın 1-dən bəri 234 doğuş olub, 17 körpə ağır vəziyyətdə doğulub, onların əksəriyyəti vaxtından əvvəl və ciddi infeksiyalarla dünyaya gəlib. Bir neçə körpə reanimasiyada və ixtisaslaşmış uşaq xəstəxanasında müalicə olunur. Federasiya Şurasının sədri Valentina Matviyenko hadisəni dövlət üçün faciə adlandıraraq istintaqın ciddi nəzarətdə saxlanılmasını tapşırıb.

 

R.İmanov

Seçilən
27
qht.az

1Mənbələr