AZ

Argentina sahillərini nəhəng dalğa vurub: ölən var

Nəhəng bir dalğanın Argentinanın Atlantik sahillərinə qəfil zərbə endirməsi nəticəsində bir nəfər ölüb, 35 nəfər yaralanıb.

Qaziler.az xəbər verir ki, bu barədə "Clarin" qəzetinin məlumat yayıb.

Hadisə yanvarın 12-də günorta saatlarından sonra məşhur çimərlik kurortlarında baş verib.

Qəzetin məlumatına görə, güclü bir dalğa Santa-Klara-del-Mar və Mar-del-Plata ərazilərində sahil xəttinə çırpılıb. Onlarla istirahət edən şəxs suya düşüb və bir nəfər infarkt keçirib.

Nəşr yazır ki, dalğa gəlməzdən əvvəl dəniz qəfil sahildən çəkilib. Ölən şəxsin isə ölkədə tətildə olan 29 yaşlı argentinalı atçı Yair Manno Nunez olduğu müəyyən edilib.

QAZİLER.AZ

Seçilən
41
qaziler.az

1Mənbələr