Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.
Xəbər verdiyimiz kimi, İstanbul Baş Prokurorluğu tərəfindən məşhurlar arasında aparılan narkotik istintaqı çərçivəsində türkiyəli aktyor Oktay Kaynarca saxlanılıb.
Axşam.az-ın məlumatına görə, məsələ ilə bağlı aktyor açıqlama yayaraq "Alnım açıq, başım dikdir. Narkotiklə mübarizəni dəstəkləyirəm" deyə, bildirib.
Kaynarca açıqlamasında həmçinin bildirib ki, məhkəmə-tibbi ekspertiza nəticələri tamamlandıqdan sonra ictimaiyyətə məlumat veriləcək. O, uzun illərdir narkotiklə mübarizə apardığını və bu istiqamətdə həyata keçirilən bütün qanuni əməliyyatları dəstəklədiyini vurğulayıb.
Qeyd edək ki, Kaynarca ilə yanaşı, müğənni Emel Müftüoğlu və daha 4 nəfər saxlanılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.