Rusiyada insanlara donuz orqanları köçürüləcək: Xidmət pulsuz olacaq
İnterpress.az xəbər verir ki, Rusiyada tibb sahəsində inqilabi və bir o qədər də müzakirəli yenilik gözlənilir.
Məlumata görə, vətəndaşlar donuz orqanlarını pulsuz şəkildə özlərinə köçürə biləcəklər. Bu xidmət İcbari Tibbi Sığorta (OMS) çərçivəsində həyata keçiriləcək.
2030-cu ilə qədər genetik modifikasiya olunmuş donuzlardan donor kimi istifadə edilməsi planlaşdırılır.
Heyvanlar xüsusi steril şəraitdə və ciddi nəzarət altında yetişdiriləcək, onların orqanları isə əvvəlcədən insan orqanizminə uyğunlaşdırılacaq.
Layihənin ilk ilində insanlara təxminən 200 donuz böyrəyinin köçürülməsi nəzərdə tutulur.
Gələcəkdə isə bu texnologiyanın ürək, qaraciyər və mədəaltı vəzinin transplantasiyasına qədər genişləndirilməsi hədəflənir.
Xuraman Etibarlı
İnterpress.az