Bakı. Trend:
Ağ Ev ABŞ prezidenti Donald Trampı Qrenlandiya xəritəsininfonunda əks etdirən şəkil paylaşıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, həmin şəkil Ağ Evin rəsmi “X” səhifəsindəbütöv deyil, fraqmentləşdirilmiş şəkildə dərc olunub.
Şəkili isə bu sözlər müşayiət edir: “Vəziyyəti izləmək üçüntıklayın”.
Həmin şəkildə Amerika lideri şüşəsini Qrenlandiya xəritəsi əvəzedən pəncərədən boylanır. Xəritədə adanın əsas yaşayış məntəqələriəks olunub.
Xatırladaq ki, yanvarın 8-də Amerikanın dövlət katibi MarkoRubio müxtəlif məsələlərin, o cümlədən Qrenlandiyanınsatınalınmasının mümkünlüyü barədə məsələnin müzakirəsi üçün yaxınzamanda Danimarkalı nümayəndələrlə görüş keçirəcəyini elanedib.
Bundan əvvəl Ağ Evin aparat rəhbərinin siyasət üzrə müavini, ABŞPrezidentinin müşaviri Stiven Millerin həyat yoldaşı Keti X sosialşəbəkəsində Qrenlandiya xəritəsini dərc edib. Xəritədə ada ABŞbayrağının rəngləri ilə boyanıb. O, paylaşımını “soon”(ingiliscədən tərcümədə – “tezliklə”) sözü ilə müşayiət edərəkABŞ-ın Qrenlandiyanı ələ keçirmək planlarına eyham vurub.