AZ

Tramp yanvarın 15-də Venesuela müxalifət lideri ilə görüşəcək - KİV

ABŞ Prezidenti Donald Tramp yanvarın 15-də Ağ Evdə Venesuela müxalifət lideri Maria Korina Maçadonu qəbul edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə “CNN” telekanalı Ağ Evin yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

Bildirilib ki, Tramp ABŞ-nin Karakasdakı əməliyyatından və Venesuela lideri Nikolas Maduronun tutulmasından sonra Maçadonu dəstəkləməkdən imtina etmiş və xalqın dəstəyindən məhrum olduğu üçün ölkəni idarə etməyin çətin olacağını bəyan edib.

Qeyd olunub ki, daha sonra Venesuela vitse-prezidenti Delsi Rodrigez prezident səlahiyyətlərini icra edən məsul şəxs kimi and içib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
64
missiya.az

1Mənbələr