AZ

Rubio Ermənistan XİN ilə görüşəcək

Bakı. Trend:

Yanvarın 13-də Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio Dövlətdepartamentində Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanı qəbuledəcək.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, görüş yerli vaxtla saat 12:00-da başlayacaq (Bakıvaxtı ilə 21:00-da).

Görüşdə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müaviniElison Huker və Avropa və Avrasiya məsələləri üzrə Büronun (DövlətDepartamentinin) aparıcı mütəxəssisi Brendan Harnahan da iştirakedəcək.

Görüşün gündəliyi və hansı istiqamətdə müzakirələrin aparılacağıbarədə məlumat verilmir.

Məqalədə:
Seçilən
51
1
az.trend.az

2Mənbələr