AZ

Saat 12:30-da işıq kəsiləcək -

Bu gün 110 kV-luq "Zaqatala-1" hava xəttinin Balakən rayonu ərazisindən keçən hissəsində təmir-bərpa işləri həyata keçiriləcək. Metbuat.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Balakən, Qax, Şəki və Zaqatala rayonlarının bəzi ərazilərində saat 12:30-dan 13:30-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-bərpa işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
52
10
metbuat.az

10Mənbələr