AZ

Leonardo DiKaprionu hamının yanında pərt etdi Video

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Qızıl Qlobus" mükafatlarının təqdimetmə mərasimində aparıcı Nikki Qleyzer aktyor Leonardo DiKaprioya zarafatla söz atıb.

Axşam.az xəbər verir ki, aparıcı aktyorun 25 yaşdan yuxarı xanımlarla münasibətdə olmamasına eyham vurub. 

"Leonardo DiKaprio "Bir döyüşdən o birinə" filminə görə buradadır. Salam, Leo. Filmdə o qədər yaxşı idin ki, bunu təsvir etmək çətindir - həqiqətən çox yaxşı idin. Necə də uğurlu karyeran var. Saysız-hesabsız uğurlu obrazların olub, işləmədiyin böyük rejissor demək olar ki, qalmayıb. Üç "Qızıl Qlobus" və bir "Oskar" qazanmısan. Ən təsirlisi isə bütün bunları sevgilin 30 yaşına çatmamış bacarmağındır. Bu, həqiqətən inanılmazdır.

Leo, bu zarafatı etdiyim üçün üzr istəyirəm. Bu, ucuz zarafatdır. Etməməyə çalışdım, amma sənin haqqında başqa bir şey tapa bilmədik. Doğrudan da başqa nəsə yoxdur. Bir az dəyişiklik et, ciddiyəm.

Araşdırdım: verdiyin ilk dolğun müsahibə 1991-ci ildə "Teen Beat" jurnalında olub. Ən sevdiyin yemək hələ də makarondur. Daha çox makaron? İstəsəniz, açıb baxın. Bu, reallıqdır" deyə, o, bildirib.

Onun sözlərinə DiKaprio və zaldakılar gülüb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
axsam.az

1Mənbələr