
Rusiyanın Ukraynanın Xarkov vilayətinə endirdiyi zərbə nəticəsində 4 nəfər həlak olub, 6 nəfər yaralanıb. Hücum zamanı “Nova Poçta”ya məxsus poçt terminalı tamamilə dağıdılıb.
Missiya.Az xəbər verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.
Onun sözlərinə görə, hücum gecə saatlarında baş verib, ərazidə bir neçə partlayış və yanğın qeydə alınıb. Xarkov Vilayət Prokurorluğu hücumun iki raket və dörd pilotsuz uçuş aparatı ilə həyata keçirildiyini bildirib. İlkin məlumata əsasən, “İsgəndər-M” raketlərindən və “Geran-2” PUA-larından istifadə olunub.
Hücum nəticəsində, həmçinin iki yanacaqdoldurma məntəqəsinə ziyan dəyib.
Seyranə QuliyevaMissiya.Az