AZ

Molla rejimi hakimiyyəti Pezeşkiyana təhvil verməlidi

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" (CASCFEN) sədri Nadir İsmayılov, Serdar Şengülün təqdimatında MediaTürk TV-də yayımlanan “Net Baxış 360 Dərəcə” proqramının qonağı olub.

Modern.az xəbər verir ki, proqramda son günlər İranda baş verən hadisələr, ölkənin siyasi gələcəyi və regional təsirləri Güney Azərbaycan türkləri prizmasından geniş və dərin təhlillərlə müzakirə edilib.

“Molla rejimi dərhal hakimiyyəti Pezeşkiyana təhvil verməlidir”

Nadir İsmayılov çıxışında bildirib ki, molla rejimi vaxt itirmədən hakimiyyəti Prezident Məsud Pezeşkiyana təhvil verməlidir. Onun sözlərinə görə, İranın hazırkı siyasi və ictimai böhrandan çıxış yolu məhz bu addımdan keçir. İsmayılov bu prosesin ölkədə gərginliyin azalmasına səbəb ola biləcəyini vurğulayıb.

“Pəhləvi rejimi İran idarəçiliyi üçün uyğun alternativ deyil”

Proqramda mümkün rejim dəyişiklikləri də gündəmə gətirilib. Nadir İsmayılov qeyd edib ki, Pəhləvi rejimi İranda yaşayan xalqlar, xüsusilə də Güney Azərbaycan türkləri üçün qəbul edilə biləcək bir alternativ deyil. O, tarixi təcrübənin bunu açıq şəkildə sübut etdiyini və keçmişə dönüşün İran üçün yeni problemlər yarada biləcəyini bildirib.

“Pəhləvilər dövründə 25 min Güney Azərbaycan türkü qətlə yetirilib”

Tarixi faktlara toxunan İsmayılov, Pəhləvilər dövründə 25 min Güney Azərbaycan türkünün amansız şəkildə qətlə yetirildiyini xatırladıb. O bildirib ki, bu faciə Güney Azərbaycan türklərinin kollektiv yaddaşında dərin iz buraxıb və unudulmamalıdır.

“İranın gələcəyi Güney azərbaycanlıların əlindədir”

Nadir İsmayılovun fikrincə, İranın demoqrafik və ictimai reallıqları ölkənin gələcəyində Güney azərbaycanlıları əsas aktora çevirir. O vurğulayıb ki, İranın siyasi transformasiyasında bu toplumun mövqeyi həlledici olacaq.

“Pezeşkiyanın atacağı addımlar həlledici rol oynayacaq”

Proqramda Pezeşkiyanın siyasi rolu da xüsusi müzakirə edilib. İsmayılov bildirib ki, İranın gələcəyi böyük ölçüdə Pezeşkiyanın verəcəyi qərarlardan və atacağı addımlardan asılıdır. Onun həm daxili siyasətdə, həm də beynəlxalq müstəvidə mühüm fiqur olduğunu qeyd edib.

“İrandan mümkün miqrasiya dalğası ciddi şəkildə müzakirə olunmalıdır”

Nadir İsmayılov, İranda baş verə biləcək siyasi proseslərin fonunda qarşıdurmanın şiddətlınnməsi ilə müşahidə ediləcəyi təqdirdə hadisələrin bölgə ölkələrinə doğru miqrasiya axınına səbəb ola biləcəyini bildirib. O, İrandan gələcək miqrantlar mövzusunun indidən regional və beynəlxalq səviyyədə müzakirə edilməsinin vacibliyini vurğulayıb.

“İran nüvə silahından istifadə edə bilərmi?”

Verilişin ən həssas mövzularından biri İranın nüvə silahından istifadə ehtimalı olub. Nadir İsmayılov qeyd edib ki, bu ehtimal təkcə İran üçün deyil, Yaxın Şərq, Cənubi Qafqaz və qlobal təhlükəsizlik baxımından ciddi risklər yaradır və beynəlxalq ictimaiyyət bu təhlükəni diqqətlə izləməlidir.

Dərin təhlillər və sərt mesajlarla yadda qalan “Net Baxış 360 Dərəcə” proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
modern.az

1Mənbələr