ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misirə məxsus hərbi-nəqliyyat təyyarəsi Azərbaycana uçuş üçün Ermənistanın hava məkanından istifadə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
“Qahirə–Bakı reysi 2025-ci il dekabrın əvvəlində həyata keçirilib. Elə həmin gün təyyarə Ermənistanın hava məkanı vasitəsilə yenidən Misirə qayıdıb”, – deyə qeyd edilib.
Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib ki, uçuş şəxsi səfər məqsədi ilə həyata keçirilib:
“Ermənistanın hava məkanı vasitəsilə Qahirə–Bakı reysini həyata keçirən hava gəmisi sərnişin təyyarəsidir və şəxsi səfərlə Azərbaycana gedən yüksək vəzifəli şəxsi daşıyıb”.
Mənbə vurğulayıb ki, bu, Misirdən həyata keçirilən ilk belə uçuş deyil. Yaz aylarında həmin ölkənin hərbi hava qüvvələrinə məxsus başqa bir təyyarə Qırğızıstana uçarkən Ermənistanın hava məkanından keçmiş və yolüstü Azərbaycana eniş etmişdi.
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.