AZ

Lüks avtomobil biznesində milyonluq sərmayə geri alındı

Azərbaycanda lüks avtomobillərin satışı ilə məşğul olan “Avtolüks Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını yenidən kəskin azaldır.

NOCOMMENT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, MMC bu dəfə nizamnamə kapitalını 17 milyon manatdan yarım milyon manata endirir.

Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini şirkətin hüquqi ünvanına bildirə bilərlər.

Xatırladaq ki, şirkət daha əvvəl nizamnamə kapitalını ötən ilin sentyabrında 37,4 milyon manatdan 17 milyon manata endirmişdi.

Qeyd edək ki, İtaliya, ABŞ və Birləşmiş Krallığın məşhur avtomobil brendlərinin Azərbaycanda eksklüziv təmsilçisi “Avtolüks Azərbaycan” şirkəti 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Avtomobil şirkətinin qanuni təmsilçisi Vasif Bairamovdur. “Avtolüks Azərbaycan” 2012-ci ildən Azərbaycanda Lamborghini, Ferrari və Aston Martin kimi lüks avtomobillərin satışını həyata keçirir. Şirkət həmçinin, Abarth, Alfa Romeo, Crysler, Dodge, Fiat, Fiat Professional, Jaguar Land Rover və Jeep kimi brendlərin Azərbaycanda rəsmi təmsilçisidir.

Seçilən
36
6
nocomment.az

7Mənbələr