
Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, ölkə ərazisində yağıntılı, qarlı və küləkli hava müşahidə olunacaq, temperatur enəcək. Ulusum.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir: – Qızdırıcı cihazlardan istifadə zamanı yanğın təhlükəsinə qarşı diqqətli olun, nasaz və kustar avadanlıqlardan istifadə etməyin. – Dağlıq ərazilərdə yaşayanlar və səfərə çıxanlar şaxtalı havada mümkün qədər evdə qalmalı, ehtiyat tədbirlərini əvvəlcədən görməlidirlər. – Küləkli havada yüngül konstruksiyalardan, ağaclardan və elektrik dirəklərindən uzaq durmaq tövsiyə olunur.Təhlükə zamanı 112-yə zəng edin!R.Daşdəmirova
Diqqət Çəkənlər
Doqquz nəfər xəstəxanalıq oldu NIYƏ?
Astroturizm stressin azalmasında yeni yanaşma kimi diqqət çəkir VİDEO
Noxud yeməyin faydaları