AZ

Ronaldunun 959-cu qolu "Əl-Nəsr"i məğlubiyyətdən xilas edə bilmədi

"Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatının 15-ci turunda "Əl-Hilal"la qarşılaşıb.

Fanat.Az xəbər verir ki, superulduz Kriştianu Ronaldunun formasını geyindiyi komanda prinsipial matçda 1:3 hesabı ilə uduzub.

"Əl-Nəsr"in heyətində yeganə qolu məhz portuqaliyalı hücumçu vurub. O, 42-ci dəqiqədə hesabı açsa da, komandası üstünlüyünü qoruya bilməyib.

Bu, Kriştianunun karyerasındakı 959-cu qoludur.

"Əl-Nəsr" hazırda lider "Əl-Hilal"dan 7 xal geridədir.

Seçilən
13
1
fanat.az

2Mənbələr