AZ

PSJ-nin antirekordu

Fransa Kubokunun 1/16 final mərhələsində “Paris”lə oyun PSJ üçün antirekordlarla yadda qalıb.

Msport.az xəbər verir ki, hazırkı ölkə çempionu tarixində ilk dəfə paytaxt derbisində uduzub.

Komandalar daha əvvəl üç dəfə üz-üzə gəliblər. PSJ Liqa 1-in XVII turunda rəqibini 2:1 hesabı ilə üstələyib. Digər iki görüş isə 1978/1979 mövsümündə baş tutub. Həmin qarşılaşmalar heç-heçə başa çatıb – 1:1, 2:2.

Bundan əlavə, Luis Enrike PSJ-də ilk dəfə baş məşqçi kimi Fransa Kubokunu qazana bilməyib.

Qeyd edək ki, PSJ “Paris”ə 0:1 hesabı ilə uduzub.

Seçilən
43
1
msport.az

2Mənbələr